Milli komanda müharibə səbəbindən Malayziyada oynayacaq

Suriya və Avstraliya yığmaları DÇ-2018-in final mərhələsinə vəsiqə qazanmaq üçün pley-off oyunu keçirəcəklər. Bu cütün qalibi isə Şimali və Mərkəzi Amerika zonasında (KONKAKAF) 4-cü yeri tutan milli ilə üz-üzə gələcək.

Newsport.az-ın məlumatına görə, Suriya Avstraliyanı doğma meydanında deyil, Malayziyanın Malakka şəhərində qəbul edəcək. Buna səbəb isə Suriyanın müharibə şəraitində olmasıdır. Suriya seçmə mərhələ oyunlarını da bu şəhərdə keçirib.

Komandaların cavab matçı isə Sidney şəhərində keçiriləcək.

Qeyd edək ki, ilk oyun oktyabrın 5-də baş tutacaq. Cavab oyunu isə oktyabrın 10-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right