Peru "Bombanero”da oynamaq istəmir

Peru DÇ-2018-in seçmə mərhələsində gələn ay Argentina ilə qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, “ağ-qırmızılar” bu matçdan əvvəl FİFA-ya müraciət edib.

 Buna səbəb onların görüşün keçirilməsinin nəzərdə tutulduğu Buenos-Ayresdəki “Bombanero” stadionunda oynamaq istəməməsidi. Peru Futbol Federasiyasından FİFA-ya ünvanlanan məktubda perulu azarkeşlərin təhlükəsizliyinə görə narahat olduqlarını qeyd ediblər. Buna görə də perulular qarşılaşmanın başqa stadionda keçirilməsini tələb edib.  

Qeyd edək ki, sözügedən matç oktyabrın 5-də keçiriləcək. DÇ-2018-in Cənubi Amerika üzə seçmə zonasında hazırda Peru və Argentinanın 24 xalı var. Amma topların daha yaxşı fərqinə görə perulular rəqibini qabaqlayır.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right