Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Roma” itki ilə üzləşib.
Newsport.az-ın məlumatına görə.paytaxt klubunun tarixində ən bahalı transfer olan Patrik Şikin sol budunun əzələsi dartılıb.
Çexiyalı forvardın bərpası üçün bir neçə gün vaxt lazımdır. Bu səbəbdən də o, sabah ÇL-in qrup mərhələsinin ilk turu çərçivəsində “Atletiko”ya görüşdə komandasına kömək edə bilməyəcək.