Fərid Nəbiyev "Slaviya"da debüt etdi

"Qəbələ" Futbol Akademiyasının yetirməsi, 19 yaşlılardan ibarət milli komandamızın kapitanı Fərid Nəbiyev Çexiyanın "Slaviya" klubun heyətində ilk oyununu keçirib.

Newsport.az saytının məlumatına görə, gənc hücumçu Praqa təmsilçisinin U-21 komandasının heyətində ölkə çempionatının VI turunda "Pribram"la səfər matçında  meydanda olub. Bir neçə gün öncə klubla 3 illik müqavilə imzalayan Nəbiyev məşqlərdə özünü yaxşı tərəfdən göstərərək məşqçilər korpusunun etimadını qazanıb və "Pribram"la matça start heyətində meydana daxil olub. O, 84-cü dəqiqədə əvəzlənib.

Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, "Slaviya" geridə qalan 6 turda 10 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right