"Everton" Runini cəzalandırdı

“Everton” hücumçusu Ueyn Runini şərxoş halda maşın idarə etdiyi üçün cəzalandırıb.

Newsport.az-ın məlumatına görə, komandanın baş məşçqsi Ronald Kuman bugünlərdə futbolçunun içkili halda polisə yaxalanmasını narazılıqla qarşılayıb. Bu səbəbdən onun iki həftəlik maaşdan – 300 min funtdan (təqribən 326 min avro) məhrum edilməsi qərara alınıb.

Bundan başqa, onun “Tottenhem”lə qarşıdakı Premyer Liqa matçının heyətinə salınmaması ehtimalı da var.

Qeyd edək ki, Runi sərxoş halda idarə etdiyi üçün əvvəlcə saxlanılsa da, sonrada pul girovu müqabilində sərbəst buraxılıb. O, sentyabrın 18-də məhkəmə qarşısına çıxarılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right