Təxirə salınmış oyunun başlama vaxtı müəyyənləşdi

DÇ-218-in Avropa zonasında 7-ci turun oyunları çərçivəsində İ qrupunda Xorvatiya - Kosovo matçı yarımçıq dayandırılıb.

Newsport.az-ın məlumatına görə, sözügedən oyunun keçirilmə vaxtı açıqlanıb. 22-ci dəqiqədə güclü yağış səbəbindən dayandırılmış görüş bu gün keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Qeyd edək ki, oyunda hesab açılmamışdı.

Xorvatiya 6 oyundan sonra qrupda 13 xalla 2-cidir və lider Ukrayndan 1 xal geri qalır. Kosovo isə 1 xalla qrupda autsayderdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right