İngiltərə çempionatının növbəti mövsümünə “Arsenal” – “Lester” matçı ilə start verilib.
Newsport.az saytının məlumatına görə, başdan sonra qədər gərgin keçən matçda azarkeşlər 7 qol izləyiblər.
“Arsenal” erkən qolla hesabı açsa da, sonradan 2 dəfə geriyə düşüb. 83-cü dəqiqədə hesabda 2:3 geridə olan ev sahibi ümidsizliyə qapıldığı anda meydanda maraqlı hadisələr cərəyan edib. Belə ki, “Arsenal” 2 dəqiqəyə 2 qol vuraraq hesabda önə keçib və 4:3 hesabı ilə əzmkar qələbə qazanıb.