Braziliyalı futbolçu qətlə yetirildi

Braziliyalı futbolçu Conson Kendrik Kosta qətlə yetirilib. 

Newsport.az-ın məlumatına görə, Qətərin "Əl Qarafa" klubunun futbolçusu ölkəsində, Quaruja bölgəsində öldürülüb. Braziliya polisinin yaydığı xəbərə görə, silahlı şəxlərdən biri futbolçuya hücum edib və onun çantasını oğurlamağa çalışıb. Lakin futbolçu buna mane olub və quldurun açdığı atəş nəticəsində ağı xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. İddialara görə, hadisəni törədən şəxs hələlik tapılmayıb və onun axtarışları davam edir.

Qeyd edək ki, Kosta 2012-ci ildən Qətər çempionatında çıxış edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right