Kayl Lafferti: "Təəssüf ki, "Qarabağ"a keçidim alınmadı"

"Bakıda oynamaqdan zövq aldım. Azərbaycan millisi ilə keçirdiyimiz görüşün baş tutduğu stadion sadəcə, əla idi. Bakı möhtəşəm şəhərdi".

Newsport.az-ın məlumatına görə, bu fikirləri Şimali İrlandiya milli komandasının futbolçusu Kayl Lafferti Şotlandya mətbuatına açıqlamasında bildirib. Milli komandasının heyətində iyunun 10-da Azərbaycan yığması ilə Tofiq Bəhramov adına Respublika stadionundakı rəsmi oyunun iştirakçısı olan, ikinci hissədə meydana çıxan ucaboylu hücumçunun həmin vaxt "Qarabağ"a keçəcəyi haqda danışılırdı.

Lafferti bu variantın olduğunu təsdiqləyib: "Təəssüf ki, "Qarabağ"a keçidim alınmadı. Amma bir gün Azərbaycanda oynayacağıma ümid edirəm".

sport24.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right