Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibi Şimali İrlandiya millisinin hücumçusu Kayl Laffertinin yeni klubunun adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, İngiltərənin "Norviç Siti" klubundan ayrılan futbolçu karyerasını Şotlandiyada davam etdirəcək.
Adı son ölkə çempionumuz "Qarabağ"la hallanan futbolçu Şotlandiya yüksək liqasənda mübarizə aparan "Hart" klubu ilə münasibətlərini rəsmiləşdirib. 29 yaşlı hücumçu yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Lafferti karyerası ərzində "Börnli", "Reyncers", "Çaykur Rizəspor" və "Palermo" kimi komandalarda çıxış edib.