"Samtrediya"nın yeni hücumçusu: "Qarabağ" güclü komandadır"

"Samtredia"nın yeni transferi Nika Sabanadze ölkəsinin mətbuatına müsahibə verib.
 
 Newsport.az-ın məlumatına görə, gürcüstanlı hücumçu Çempionlar Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacaqları "Qarabağ"la oyun haqda da danışıb:
 
"Rəqib güclü komandadır. Ancaq bizim də şansımız var. Əlimizdən gələni edəcəyik. Ümumiyyətlə, "Qarabağ"ı üstələmək üçün bütün gücümüzü ortaya qoyacağıq. İnanıram ki, bunu bacara bilərik".
 
Qeyd edək ki, “Qarabağ”la “Samtredia” arasında ilk oyun iyulun 11-də Azərbaycanda, cavab qarşılaşması isə bir həftə sonra Gürcüstanda keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right