Tsxadadze Nika Kvekveskirinin debütünü korladı

"Qəbələ"nin sabiq futbolçusu Nika Kvekveskiri yeni klubun "Tobol"da debüt edib.

Newsport.az-ın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçinin komandası Qazaxıstan Premyer Liqasında 16-cı turunda Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi "Kayrat"ın qonağı olub. Nikanın debüt etdiyi matçda Tsxadadzenin komandası 2:0 hesablı qələbə qazanıb.

"Kayrat" bu qələbə sayəsində xalını 37-ə çatdırıb və 1 oyun çox keçirməklə liderliyə yüksəlib. 1 oyun az keçirən "Astana" 36 xalla 2-cidir. "Tobol" isə 28 xalla 5-ci pillədə qərarlaşıb. 

Xatırladaq ki, Nika Kvekveskiri ilə vaxtilə "İnter" və "Qəbələ"nin şərəfini qoruyub. Həmçinin Tsxadadze də Bakı "İnter"ini çalışdırıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right