Millimizin rəqibində ciddi itki

Şimali İrlandiya millisi Dünya Çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə oyundan öncə ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, komandanın hücumçusu Ceymi Ourd yığmaya dəvət olunmayacaq.

"Nottinqem Forest"də çıxış edən forvard İngiltərə Çempionşipinin son turunda "İpsiç Taun"a qarşı matçda zədələnib.

Qeyd edək ki, Azərbaycan və Şimali İrlandiya milliləri arasında matç iyunun 10-u Tofiq Bəhramov adına stadionda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right