Millimizin rəqibinin heyəti açıqlandı

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibi olan Almaniya yığmasının Konfederasiyalar Kuboku üçün heyəti açıqlanıb.

Newsport.az-ın məlumatına görə, baş məşqçi Yoahim Löv Çempionlar Liqasının IV final mərhələsinin cavab oyunları çərçivəsində “Real”la səfər qarşılaşmasında ayağı sınan və mövsümü erkən başa vuran “Bavariya”nın qapıçısı Manuel Noyerin xidmətindən məhrum olub.

Milliyə dəvət olunan futbolçuların siyahısı aşağıdakı kimidir:

Qapıçılar: Bernd Leno (“Bayer”), Mark-Andre ter Ştegen (“Barselona”), Kevin Trapp (PSJ);

Müdafiəçilər: Mattias Ginter (“Borussiya” D), Conas Hektor (“Köln”), Benjamin Henriks (“Bayer”), Coşua Kimkix (“Bavariya”), Şkordan Mustafi (“Arsenal”), Martin Plattenhardt (“Herta”), Antonio Rüdiger (“Roma”), Niklas Süle (“Hoffenhaym”);

Yarımmüdafiəçilər: Yulian Brandt (“Bayer”), Emre Can (“Liverpul”), Kerem Demirbay (“Hoffenhaym”), Dieqo Demme (“Leyptsiq”), Yulian Draksler (PSJ), Leon Qoretska (“Şalke”);

Hücumçular: Sebastyan Rudi (“Hoffenhaym”), Leroy Sane (“Mançester Siti”), Lars Ştindl (“Borussiya” M), Sandro Vaqner (“Hoffenhaym”), Timo Verner (“Leyptsiq”) , Amin Yunes (“Ayaks”).

Qeyd edək ki, “Bundestim” qrup mərhələsində Avstraliya, Çili və Kamerun milliləri ilə üz-üzə gələcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right