Azərbaycan millisinin üzvü Ramil Şeydayev “Jilina”nın heyətində növbəti qolunu vurub.
Newsport.az-ın məlumatına görə, gənc hücumçunun qolu Slovakiya çempionatının XXX turunda “Mixalovtse” ilə görüşə təsadüf edib. Matça ehtiyat oyunçular skamiyasında başlayan forvard 74-cü dəqiqədə meydana daxil olub və bundan 10 dəqiqə sonra fərqlənib. Ramilin qolu matçda ilk və sonuncu olub.
Qeyd edək ki, bu, Ramilin “Jilina”nın heyətində rəsmi oyunlarda vurduğu 3-cü qol olub.