Mişel Platinidən Blatterə sərt ittihamlar

UEFA-nın sabiq prezidenti Mişel Platini eks FİFA rəhbəri Sepp Blatter haqqında danışıb.

Newsport.az-ın məlumatına görə, fransız futbol adamı Blatter haqqında çox sərt ifadələr səsləndirib. "La Monde"yə açıqlama verən Platini keçmiş FİFA prezidentinin çox eqoist insan olduğunu deyib:

"Blatter tanıdığım ən eqoistl insandı. O, heç vaxt başqalarını müdafiə etməzdi, hər zaman özünü düşünürdü. Məni də müdafiə etmədi. Yeganə məqsədi FİFA-nın baxçasında dəfn olunmaq idi. Həmişə mənə söz atırdı və məni görməzdən gəlirdi. Mənimlə prinsip apardığını anlamışdım".

Qeyd edək ki, FİFA-dan 2 milyon İsveçrə fankı alan və bu pulu nə üçün aldığını sübut edə bilməyən Platini 8 il müddətinə futboldan uzaqlaşdırılmışdı. Sonradan onun cəzası 4 ilə endirilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right