"Yuventus" "Atletik"in futbolçusunu transfer etməyə hazırlaşır

"Yuventus" "Atletik"lə İnyaki Uilyamsın transferi üçün danışıqlara başlayıb.

Newsport.az-ın məlumatına görə, komanda yayda sözügedən futbolçunu heyətinə qatmağa çalışacaq. Turin klubunun nümayəndələri ötən həftə 2 dəfə Uilyamsın oyununu izləyib.

"Yuventus" artıq futbolçunun özü ilə danışıqlar aparıb.

Qeyd edək ki, gənc futbolçu ilə "Liverpul" və Dortmund "Borussiyası" da maraqlanır. Onun Bilbao komandası ilə 2021-ci ilə qədər müqaviləsi var. Sözləşməyə əsasən yarımmüdafiəçini 50 milyon avro ödəyərək transfer etmək olar.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right