Pirlo: “Barselona”da çıxış etməyimə icazə vermədilər”

“Nyu-York Siti” klubunda çıxış edən Andrea Pirlo maraqlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, italiyan ulduz Xosep Qvardiolanın ona “Barselona”da oynamağı təklif etdiyini bildirib:

“Milan”da çıxış etdiyim vaxtlarda “Barselona” ilə yoldaşlıq oyunu keçirmişdik. Matçdan sonra “Barselona”nın çalışdırıcısı Qvardiola məni stadiondakı ofisinə çağırdı və “Barselona”da oynamaq istədiyimi soruşdu. Bu mənim üçün  əvəzolunmaz bir hiss idi. Lakin “Milan” ayrılmağıma icazə vermədi”.

Qeyd edək ki, Andrea Pirlo 2001/11-ci illərdə “Milan”da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right