"Lester"in yeni baş məşqçisi məlum oldu

İngiltərənin "Lester" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, ötən mövsüm İngiltərə Premyer Liqasının qalibi olan komanda italiyalı Kaudio Ranyerinin istefasından sonra baş məşqçi vəzifəsini müvəqqəti yerinə yetirən Kreyq Şekspirə tapşırılıb.

2011-ci ildən "Lester"də köməkçi-məşqçi vəzifəsində çalışan 54 yaşlı ingiltərəli mütəxəssislə mövsümün sonuna qədər müqavilə bağlanılıb.

"Tülkülər" onun rəhbərliyi altında çıxdıqları 2 matçdan qalib ayrılıblar. Son çempion evdə "Liverpul" və "Hall Siti"ni 3:1 hesabı ilə məğlub edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right