"Yuventus" rəsmisindən Alleqri açıqlaması

“Yuventus”un idman direktoru Cüzeppe Marotta adı “Arsenal”la hallanan klubun baş məşqçisi Massimilyano Alleqri ilə bağlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 59 yaşlı klub rəsmisi Alleqrinin “Yuventus”da qalacağını bildirib :

“Biz onunla çalışmaqdan məmnunuq. Onun komandada qalacağını düşünürəm. Bizim çox yaxşı münasibətimiz var. Alleqri uzun müddət  bizimlə birgə çalışacaq”. 

Onu da qeyd edək ki, 49 yaşlı mütəxəssis 2014-cü ildən “Qoca Sinyora”ya rəhbərlik edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right