"Milan"ın futbolçusu mövsümü erkən başa vurdu

İtaliyanın “Milan” klubu ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, komandanın aparıcı üzvü Cakomo Bonaventura uzun müddətə sıradan çıxıb.

Bu barədə məlumat klub tərəfindən də təsdiqlənib. Belə ki, A seriyasının XXII turunda “Udineze” ilə oyunda zədələnən futbolçu yaxın günlərdə əməliyyat olunacaq.

Verilən məlumata görə, yarımmüdafiəçi bərpa prosesini 4 aydan sonra başa vuracaq. Bu isə onun cari mövsümü başa vurması deməkdir.

Qeyd edək ki, Bonaventura bu mövsüm A seriyasında 19 oyunda forma geyinib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right