"Roma" 87 illik rekordunu təkrarladı

“Roma” İtaliya çempionatının 21-ci turunda “Kalyari”ni 1:0 hesabıyla məğlub edib.

 

Newsport.az xəbər verir ki, Edin Dzekonun vurduğu qolla rəsmiləşən qələbə “Roma” üçün əlamətdar olub. “Canavarlar” 1930-cu ildə vurduqları rekordu 87 ildən sonra təkrarlayıblar.

 

Bu, “Roma”nın A seriyasında evdə qazandığı ardıcıl 13-cü qələbə olub. Yeni rekord müəyyənləşdirmək üçün “Roma” 23-cü turda “Fiorentina”ya qalib gəlməlidi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right