Joze Mourinyonun "Mançester Yunayted"də işləri heç də yolunda getmir.
Newsport.az-ın məlumatına görə, portuqaliyalı mütəxəss "Çelsi"yə məğlubiyyətdən sonra komandada bir sıra dəyişiklər etmək fikrindədi.
İngiltərə mətbuatının yaydığı məlumata görə, o, dəyişikliyə Ueyn Runidən başlayacaq. İş burasındadı ki, kapitanla Mourinyonun ulduzu barışmır. Bu səbəbdən baş məşqçinin qarşıdakı turlarda Runini ehtiyat oyunçular skamyasında oturtacağı gözlənilir. Qış fasiləsində isə Runi Mançester təmsilçisi ilə yollarını ayıra bilər. Onun xidmətindən İtaliya "İnter"inin maraqlı olduğu bildirilir.
Qeyd edək ki, Runi cari mövsümdə meydana çıxdığı 12 qarşılaşmada cəmi 1 qol vura bilib.