İtaliya millisinin və Fransanın "Nitsa” klubunun futbolçusu Mario Balotelli növbəti maraqlı addım ilə diqqəti cəlb edib.
Newsport.az-ın məlumatına görə, Balotelli ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obamaya sevgisini göstərib.
Ulduz futbolçu "İnstagram" hesabında ABŞ-ın birinci xanımının şəklini "Oh, çox yaxşı” sözləri ilə paylaşıb.
