“Barselona” əlcəzairli müdafiəçini icarəyə götürmək istəyir

“Mançester Siti”nin müdafiəçisi Rayan Ait-Nuri karyerasını “Barselona”da davam etdirə bilər.

Newsport.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Kataloniya klubu qış transfer dönəmində əlcəzairli futbolçunu “Mançester Siti”dən icarəyə götürmək niyyətindədir. İngiltərə təmsilçisi də yeni mövsümdə Premyer Liqada heç bir oyuna çıxmayan müdafiəçinin ayrılmasına müsbət yanaşır.

“Şəhərlilər” futbolçusunu “Mançester Yunayted”ə satmaqdansa, başqa çempionata göndərməyə üstünlük verir. Halbuki, Mançesterin digər klubu da Ait-Nuriyə ciddi maraq göstərir.

25 yaşlı müdafiəçi cari mövsümdə bütün turnirlərdə 4 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə verib. Onun icarəsində maraqlı olan “Barselona” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda, noyabrın 25-də “Sabah”ın qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right