Kateqoriya: Futzal | Tarix: 19.11.2026 13:30
Bu gün 2026/2027-ci illər mövsümü üzrə futzal yarışlarının yeni loqosu təqdim olunub.
Newsport.az xəbər verir ki, tədbirdə federasiya rəsmiləri, klubların nümayəndələri və media mənsubları iştirak ediblər. Mərasimdə həmçinin, 2026/2027-ci illər mövsümündə Yüksək Liqa və Birinci Liqada mübarizə aparacaq komandaların rəqibləri də müəyyənləşib.
Tədbirdə çıxış edən AFFA-nın baş katibi Cahangir Fərəcullayev yeni mövsümün əhəmiyyətindən danışıb:
“Futzalda yeni dəyişikliklərə ehtiyac olduğunu düşünürük. Bildiyiniz kimi, çempionatın formatı artıq dəyişir. Yeni komandalarımız inkişaf edəcək. Futzalımız yeni dövrə qədəm qoyur. Azərbaycan millisində yalnız azərbaycanlı futzalçılar çıxış edəcək. Komandalara uğurlar arzulayıram. Bizi çətin oyunlar gözləyir. Futzal artıq yeni tərəfdaşların da maraq dairəsindədir. Futzal Federasiyasına uğurlar arzulayıram”.