Azərbaycanı DÇ-də 4 idmançı təmsil edəcək

Azərbaycanın 4 parataekvondoçusu noyabrın 20-22-də Cənubi Koreyanın Muju şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.

Bu barədə Newsport.az-a Azərbaycan Milli Paralimpiya Komitəsindən bildirilib.

Yarışda ölkəni K44 kateqoriyasında İmaməddin Xəlilov (70 kq), Sabir Zeynalov (58 kq), Amin Əliyev (63 kq) və Səmayə Həsənova (47 kq) təmsil edəcəklər.

İdmançılar mundialda baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında çıxış edəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right