AFFA 2-ci Liqa komandalarını cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az xəbər verir ki, iclasda 2-ci Liqanın 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

2-ci Liqada 11-ci turun “Ağstafa Gəncləri” – “Difai” oyununda “Ağstafa Gəncləri” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Ağstafa Gəncləri” 150 manat cərimə edilib.

11-ci turun “Zəngəzur” – “Hypers” oyununda “Hypers” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Hypers” komandası 70 manat cərimə edilib.

11-ci turun “Kür-Araz” – “Qaradağ Lökbatan” oyunu Təcili Tibbi Yardım avtomobilinin olmaması səbəbindən gec başladığına görə “Kür-Araz” komandası 200 manat cərimə edilib.

11-ci turun “Dinamo” – “Şəmkir” oyunu “Dinamo” komandasının formasında problem olması səbəbindən gec başladığına görə “Dinamo” komandası 150 manat cərimə edilib.

11-ci turun “Dinamo” – “Şəmkir” oyununda “Şəmkir” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right