“Barselona”nın hədəfindəki müdafiəçinin qiyməti 60 milyon avrodur

“Barselona” Dortmund “Borussiya”sının müdafiəçisi Niko Şlotterbeki transfer etmək istəsə, bunun üçün 60 milyon avro xərcləməli olacaq.

Newsport.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Almaniyalı futbolçunun yeni müqaviləsində göstərilən sərbəstqalma məbləği 60 milyon avrodur. Kataloniya klubu transferə qərar verərsə, məhz bu məbləği ödəməli olacaq.

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Şlotterbekin müdafiənin həm sol cinahında, həm də mərkəzində oynamaq bacarığını yüksək qiymətləndirir. Futbolçu Almaniya millisində debütünü məhz Flikin rəhbərliyi altında edib.

26 yaşlı müdafiəçi bu mövsüm bütün turnirlərdə 10 oyunda meydana çıxıb və 1 qol vurub. Onun transferində maraqlı olan “Barselona” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right