Futzal: Yüksək Liqada mübarizə aparacaq komandalar dəqiqləşib

Yeni mövsümdə futzal üzrə Azərbaycan Yüksək Liqasında iştirak edəcək komandalar dəqiqləşib.

Newsport.az xəbər verir ki, turnirdə 10 komanda mübarizə aparacaq.

Bunlar “Araz-Naxçıvan”, “Yasamal Bakı”, “Rəvan”, “Atidel Ordubad”, “Şuşa”, “Marafon”, “Xankəndi”, “Baku Fire”, “Neftçi İK” və “İmişli” klublarıdır.

1-ci Liqada isə “Baku”, “Ulduz”, “İçərişəhər”, “Star kargo”, “Xan Lənkəran”, “Timsport”, “Baku Fire – 1”, “Metropoliten”, “Xəzər”, “Neftçala” və “Finans” iştirak edəcək.

Ötən mövsüm “Araz-Naxçıvan” ölkə çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right