Kamerunlu futbolçu “Sabah”ın rəqibindən ayrılmaq istəyir

“Sabah”ın UEFA Çempionlar Liqasında rəqibi olan “Napoli”nin yarımmüdafiəçisi Andre-Frank Zambo Angissa İngiltərə Premyer Liqasında çıxış edən “Sanderlend”in maraq dairəsindədir.

Newsport.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Kamerunlu futbolçu qış transfer dövründə Neapol təmsilçisindən ayrılmaq istəyir. Buna səbəb onun klubla müqaviləsinin müddətinin başa çatmaq üzrə olması və yeni sözləşmə ilə bağlı danışıqların irəliləməməsidir.

Angissanı heyətinə qatmaq istəyən klublar arasında “Sanderlend”lə yanaşı, “Marsel” və “Yuventus” da var. Bununla belə, yarımmüdafiəçinin özü daha əvvəl oynadığı Fransaya qayıtmağa üstünlük verir.

31 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 10 oyunda iştirak edib və 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right