“Xilasedici” ÇL matçında məğlub oldu

Kişi voleybolçulardan ibarət “Xilasedici” komandası CEV Çempionlar Liqasında növbəti oyununu keçirib.

Newsport.az xəbər verir ki, Azərbaycan təmsilçisi 3-cü təsnifat mərhələsinin ilk matçında Sloveniyanın “ACH Volley Lyublyana” kollektivini qəbul edib.

Fövqəladə Hallar Nazirliyinin idman zalındakı qarşılaşma rəqibin qələbəsi ilə bitib – 3:1.

Tərəflər arasındakı cavab görüşü noyabrın 26-da Lyublyana şəhərində keçiriləcək.

Xatırladaq ki, “Xilasedici” 2-ci təsnifat mərhələsində Portuqaliyanın “Sportinq” klubunu məğlub edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right