“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-də ən yüksək maaş alan futbolçudur.
Newsport.az xəbər verir ki, MLS Futbolçular Həmkarlar İttifaqı 2026-cı ilin oktyabr ayına olan maaş göstəricilərini açıqlayıb. 39 yaşlı argentinalı futbolçunun bonuslar və digər gəlir mənbələri nəzərə alınmadan illik zəmanətli qazancı 28,33 milyon dollar təşkil edir.
Bu göstərici 2025-ci ildə 20,45 milyon dollar idi. Liqada illik maaşı 10 milyon dollardan çox olan futbolçuların sayı isə beşə çatıb.
MLS-də ən yüksək maaş alan 5 futbolçu:
-
Lionel Messi (“İnter Mayami”) – 28,33 milyon dollar
-
Robert Levandovski (“Çikaqo Fayr”) – 19,51 milyon dollar
-
Antuan Qrizmann (“Orlando Siti”) – 13,94 milyon dollar
-
Son Hın Min (“Los-Anceles”) – 11,25 milyon dollar
-
Breel Embolo (“Atlanta Yunayted”) – 10,81 milyon dollar
Hazırda liqada 150 futbolçunun illik zəmanətli gəliri ən azı 1 milyon dollar təşkil edir.
MLS-də orta illik zəmanətli maaş 746 936 dollara yüksəlib. Bu, 2025-ci ilin oktyabr ayı ilə müqayisədə 18 faiz artım deməkdir (632 809 dollar). Median maaş isə ötən illə müqayisədə 6,4 faiz artaraq 360 042 dollara çatıb (əvvəlki göstərici 338 347 dollar idi).
Futbolçuların ümumi maaş xərclərinə görə MLS-in ilk 5 klubu:
-
“İnter Mayami” – 59,37 milyon dollar
-
“Çikaqo Fayr” – 41,29 milyon dollar
-
“Atlanta Yunayted” – 38,35 milyon dollar
-
“Los-Anceles Qalaksi” – 34,91 milyon dollar
-
“Los-Anceles” – 32,91 milyon dollar