“Real”ın müdafiəçisi Antonio Rüdiger karyerası ilə bağlı fikirlərini bölüşüb.
Newsport.az “The Athletic”-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu “Real”da karyerası ərzində ən çox oyun keçirəcəyi təqdirdə, bu klubu həyatının komandası adlandıra biləcəyini deyib:
“Karyeram ərzində ən çox oyunu burada – “Real”da keçirsəm, yəqin ki, həyatımın klubu olduğunu deyə bilərəm. Hazırda vəziyyətim yaxşıdır. Sağlamam və müntəzəm olaraq oyun praktikası qazanıram”.
Almaniyalı müdafiəçi 2022-ci ilin yayından Madrid təmsilçisində çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci il iyunun sonunda başa çatacaq. “Transfermarkt” portalı Rüdigerin bazar dəyərini 6 milyon avro qiymətləndirir.