“Karvan-Yevlax” bu gün Azərbaycanın 1-ci Liqasının 8-ci turunda “Xankəndi”nin qonağı olub.
Newsport.az xəbər verir ki, oyundan sonra Yevlax təmsilçisinin baş məşqçisi Ramiz Məmmədovun mətbuat konfransı keçirilib. Məmmədov 2:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:
“Oyunu udmağımıza baxmayaraq, inanıram ki, bu gün “Xankəndi” üçün də bayramdır. Uzun müddətdən sonra burada futbol matçı keçirildi. Buna görə dövlətimizə, şəhidlərimizə minnətdaram. Qazilərimizə şəfa diləyirəm.
Qələbə qazandıq, sevincliyik. Burada digər komandalar üçün çox çətin olacaq. Uşaqlarda boğulma var idi. Verdiyim tapşırıqlar layiqincə yerinə yetirdilər. Təşəkkür edirəm hər birinə”.
“Karvan-Yevlax” növbəti turda “Mingəçevir”i qəbul edəcək.