Azərbaycan millisi məktəblilərlə görüş keçirib

Qadınlardan ibarət Azərbaycan milli komandasının üzvləri Füzuli şəhərində yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin şagirdləri ilə görüşüblər.

Newsport.az AFFA-ya istinadən xəbər verir ki, görüş zamanı futbolçularla imza sessiyası təşkil olunub, məktəblilərin sualları cavablandırılıb. Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva çıxış edərək qadın futbolu haqqında məlumat verib. Tədbirdə milli komandanın məşqçi heyəti və qadın futbolu üzrə texniki direktor Emrah Aykurt da iştirak ediblər.

Həmçinin, şagirdlərə milli komandanın uğurlarını və oyunlarını əks etdirən videoçarx nümayiş etdirilib.

Görüşün əsas məqsədi məktəblilər arasında qadın futboluna marağın artırılması və gənc nəslin futbola cəlb edilməsi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right