“Xankəndidə çempionat matçını izləmək mənim üçün xüsusi hisslər doğurur” – Elxan Səmədov

“Xankəndi” bu gün (dünən) Azərbaycanın 1-ci Liqasının 8-ci turunda “Karvan-Yevlax”ın qonağı olub. Qarşılaşma Yevlax təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Newsport.az xəbər verir ki, oyundan sonra Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov jurnalistlərə açıqlama verib:

“İlk növbədə, bu gün burada olmaq və Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Azərbaycan ordusunun antiterror əməliyyatından sonra işğaldan azad olunmuş Xankəndidə, yenidən qurulmuş şəhər stadionunda Azərbaycan çempionatının oyununu izləmək əvəzolunmaz hisslərdir.

Stadionun müasir standartlara uyğunlaşdırılması, burada yaradılan şərait təqdirəlayiqdir. Bu əməyə görə xüsusilə Cənab nazir Fərid Qayıbovun simasında Gənclər və İdman Nazirliyinə təşəkkür düşür. Əlbəttə, bu gün təkcə futbol oyunu izləmədik, həm də Azərbaycan futbolunun ölkəmizin hər bir bölgəsində təbliği, inkişafı baxımından əlamətdar hadisənin şahidi olduq.İlk növbədə, burada olmaq və Xankəndidə çempionat matçını izləmək mənim üçün xüsusi hisslər doğurur. Son illərdə Birinci Liqanın səviyyəsinin yüksəlməsi göz qabağındadır. Hazırda burada maraqlı rəqabət var və çempionluq uğrunda bir neçə komanda mübarizə aparır. Ümumilikdə, məqsədimiz futbolun yalnız paytaxtda deyil, ölkəmizin bütün bölgələrində inkişafına, futbol coğrafiyasının genişlənməsinə şərait yaratmaqdır.

Bildiyiniz kimi, stadion UEFA-nın 3-cü kateqoriyasına aiddir, nəinki Premyer Liqa, beynəlxalq oyunları belə bu stadionda keçirmək olar. İnanıram ki, bu arena gələcəkdə də maraqlı qarşılaşmalara ev sahibliyi edəcək və Xankəndidə futbol ənənələrinin bərpasına mühüm töhfə verəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right