2026-cı ildə dünya futbolunda ən yüksək gəlir əldə edən futbolçuların siyahısı açıqlanıb.
Newsport.az “The Touchline”-a istinadən xəbər verir ki, siyahıya Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasında çıxış edən Kriştiano Ronaldo başçılıq edir. Portuqaliyalı hücumçunun illik gəliri 300 milyon dollar təşkil edib.
İkinci pillədə 145 milyon dollar gəlirlə “İnter Mayami”nin argentinalı forvardı Lionel Messi qərarlaşıb.
İlk üçlüyü isə 100 milyon dollar qazanan “Real”ın və Fransa millisinin hücumçusu Kilian Mbappe tamamlayıb.
Dünyanın ən çox qazanan 10 futbolçusu arasında Erlinq Haland (“Mançester Siti”), Vinisius Junior (“Real”), Lamin Yamal (“Barselona”), Sadio Mane (“Əl-Nəsr”), Çud Bellingem (“Real”), Harri Keyn (“Bayern”) və Məhəmməd Salah (“Trabzonspor”) da yer alıb.