Zaha keçmiş klubuna qayıtmağa yaxındır

“Kristal Pelas”ın sabiq hücumçusu Vilfrid Zaha London klubuna qayıda bilər.

Newsport.az xəbər verir ki, bu barədə “Talksport” məlumat yayıb.

34 yaşlı hücumçunun komandaya qayıtmaq ehtimalı Pyer Sajın baş məşqçi postundan ayrılmasından sonra artıb. Tərəflər arasında yaranan münaqişə səbəbindən klub futbolçu ilə müqavilə imzalaya bilmirdi. Halbuki Zaha artıq komandanın bazasında məşqlərə başlamışdı.

Tomas Frankın “Kristal Pelas”ın baş məşqçisi təyin olunması azad agent statusunda olan futbolçunun kluba qayıtmasına şərait yarada bilər.

Fil Dişi Sahilindən olan forvard 2015-2023-cü illərdə London klubunun formasını geyinib. O, “Kristal Pelas”da 458 oyun keçirib, 90 qol vurub və 54 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right