Belçikalı müdafiəçi 5 top-klubun hədəfindədir

“Brayton”un müdafiəçisi Maksim de Kuper Avropanın bir sıra top-klublarının diqqətini cəlb edib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçu “Arsenal”, “Liverpul”, PSJ, “Yuventus” və “Milan”ın transfer siyahısına düşüb.

De Kuper hazırda transfer bazarının ən perspektivli cinah müdafiəçilərindən biri hesab olunur. Onun hücumameyilli oyunu, texniki bacarıqları və bir neçə mövqedə çıxış etmək qabiliyyəti yüksək qiymətləndirilir.

25 yaşlı futbolçu cari mövsümdə İngiltərə Premyer Liqasında 10 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun “Brayton”la müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right