“Real”ın yarımmüdafiəçisi Arda Gülər klubla müqaviləsini yeniləyib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli futbolçunun yeni müqavilə imzalamasından sonra komanda yoldaşı Kilian Mbappe onun sosial şəbəkədəki paylaşımına şərh yazıb:
“Təşəkkürlər. Bu gecə daha rahat yatacam”.
Arda Gülər 2023-cü ilin yayında “Fənərbaxça”dan “Real”a keçib. O, İspaniya klubunun heyətində ümumilikdə 126 oyunda 22 qol vurub və 32 məhsuldar ötürmə verib.