Qarabağın rəqibindən xal itkisi

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sent-Etyen" klubu bu gecə Fransa Liqasında növbəti matçına çıxıb. 

Newsport.az -ın məlumatına görə, Kristof Qaltyenin komandası 7-ci turda evdə "Bordo"nu qəbul edib.

Turnir cədvəlinin qonşu pillələrində qərarlaşan komandaların dueli maraqla gözlənilirdi. Bu görüşdə qələbə qazanan komanda "Marsel"lə birgə çempionatın şərikli lideri olacaqdı. Lakin Bakı vaxtı ilə gecə saat 00:00-da başlayan görüşdə qalib müəyyəbləşməyib - 1:1.

Qeyd edək ki, "Sent-Etyen" 7 turdan sonra 14 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

 

 


25 sentyabr

Fransa Liqası, 7-ci tur

00:00. "Sent-Etyen" - "Bordo" - 1:1
Qollar: 
Riki van Volfsvinkel, 31 (1:0), Tiaqo İlori, 39 (1:1)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right