Türkiyə klubundan ayrıldı, Fransada oynayacaq

"Fənərbaxça"dan ayrılan Sebastian Şimanski Fransada oynayacaq.

Newsport.az xəbər verir ki, polyak futbolçu "Renn"ə transfer olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransa klubu Şimanski üçün "Fənərbaxça"Ya 10,5 milyon avro ödəyib. 26 yaşlı futbolçu yeni klubu ilə 3,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Fənərbaxça” Sebastian Şimanskini 2023-cü ildə “Dinamo”dan (Moskva) 9,75 milyon avroya transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right