“Fənərbağça” klubu əsas yarımmüdafiəçilərindən birini satır. Sebastyan Şimanski “Renn”ə keçir.
Fransa klubu ilə “Fənərbağça” arasında danışıqlar başa çatıb. Tərəflər 26 yaşlı polşalı futbolçunun transferi üçün 10,5 milyon avroya razılığa gəliblər.
Tanınmış insayder Fabris Hokinsin sözlərinə görə, Şimanski Liqa 1 klubu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayacaq.
Polşalı oyunçu bu mövsüm Türkiyə liqasında 14 oyunda iştirak edib və bir qol vurub.