“İnter”in sabiq futbolçusu Cüzeppe Berqomi “Milan”a keçidi gözlənilən “Vest Hem”in hücumçusu Niklas Fullkruq haqqında fikirlərini bildirib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, almaniyalı futbolçunu İtaliya klubunda əsas oyunçu olaraq görmədiyini bildirib:
“Düşünürəm ki, o, yaxşı transfer olacaq. Amma “Milan”ın hazırkı sistemində Rafael Leao və Kristian Pulişiç hələ də əsas oyunçular kimi qalcaq. Lakin bəzi matçlarda onun bacarıqları daha faydalı ola bilər”.
“Milan” hazırda A Seriyasının turnir cədvəlində ikinci yerdədir.