Kilian Mbappe cari ildə “Real”ın heyətində 56-cı qolunu vurub.

Fransalı hücumçu İspaniya La Liqasının XVI turunda “Alaves” üzərində 2:1 hesablı qələbə qazandıqları oyunda fərqlənib. Beləliklə, o, Kriştianu Ronaldunun bir təqvim ilində “Real”ın heyətində bütün zamanların rekorduna 3 qola qədər yaxınlaşıb. Xatırladaq ki, 2013-cü ildə portuqaliyalı 59 qol vurub.

“Real”ın 2025-ci ilin sonuna qədər hələ iki oyunu qalıb. Madrid təmsilçisi Kral Kubokunda “Talavera” və İspaniya La Liqasında “Sevilya” ilə qarşılaşacaq.

Mbappe “Real”da 2024-cü ildən oynayır. Fransalı cari mövsümdə bütün yarışlarda 25 oyun keçirib, 27 qol vurub və 4 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right