“Barselona”nın baş məşqçisi Hans-Diter Flik müdafiəçi Erik Qarsiya barədə yüksək fikirlər söyləyib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, ispan futbolçunun gələcəkdə komandada kapitanlıq vəzifəsini daşıya biləcəyini bildirib:
“O, fantastik səviyyədə oynayır və müqaviləsinin müddətinin uzadılmasını haqq edir. Mən onun üçün çox şadam. O, heyətin çox vacib oyunçusudur və gələcəkdə kapitan ola bilər, niyə də yox?”
24 yaşlı futbolçu “Barsa” ilə yeni – 2031-ci ilə kimi nəzərdə tutulan müqavilə bağlayıb.