“Real”ın yarımmüdafiəçisi Federiko Valverde baş məşqçi Xabi Alonso ilə fikir ayrılıqları səbəbindən komandadan ayrıla bilər.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçunun Premyer Liqaya keçməsi ehtimalı var. “Mançester Yunayted”in yarımmüdafiəçinin transferində maraqlı olduğu bildirilir. “Qırmızı şeytanlar” 27 yaşlı futbolçunun İspaniya klubundakı vəziyyətini izləyir.
Valverdenin “Real”la hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatacaq. O, cari mövsümdə 17 oyunda 4 məhsuldar ötürmə edib.