İtaliya klubu “sükan”ı Kannavaroya tapşırmaq istəyir

“Peskara” (İtaliya) baş məşqçisini istefaya göndərdikdən sonra yeni çalışdırıcı axtarışına başlayıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, ən real namizəd kimi “Napoli”nin sabiq futbolçusu Paolo Kannavaronun adı çəkilir. Klub rəhbərliyi artıq Kannavaro ilə ilkin təmaslar qurub.

“Peskara”nın siyahısında daha iki mütəxəssisin – Françesko Modesto və Corco Giorginin adları da yer alır. Komanda sonuncu dəfə A Seriyasında 2016/17 mövsümündə çıxış edib və hazırda B Seriyasının təmsilçisidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right