Türkiyədə 17 hakim, 1 klub prezidenti saxlanıldı

Türkiyədə mərc oyunlarında iştirakda şübhəli bilinən 17 hakim və 1 klub prezidenti saxlanılıb.

Newsport.az xəbər verir ki, bu barədə İstanbul Baş Prokukorluğu məlumat yayıb.

Hakimlər vəzifə səlahiyyətlərindən sui-istifadə və oyunun nəticəsinə təsir etmək ittihamı ilə saxlanılıb. İstintaqa cəlb edilən 21 nəfərdən 18-i ilə bağlı qərar verilib. Onlardan ikisinin xaricdə olduğu, birinin isə ünvanında olmadığı bildirilir.

Bir neçə gün əvvəl Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu keçirdiyi mətbuat konfransında 571 aktiv hakimdən 371-nin mərc hesabının olduğunu, onlardan isə 152-nin aktiv mərc oynadığını açıqlamışdı. Daha sonra siə Türkiyə Futbol Federasiyası mərc oyunlarında iştirak edən 149 hakim haqqında qərar verib. Onlar 8-12 ay aralığında  hakimlikdən uzaqlaşdırılıblar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right